Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib.
“Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”, - deyə Zahid Oruc bildirib.