Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Milli Məclisin deputatları Qırğızıstanda parlament seçkilərini izləyəcək
Deputatlarımız Qırğızıstanda Parlament seçkilərini müşahidə edəcəklər
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin bir qrup deputatı Qırğızıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 1-də Bişkek şəhərinə səfər edəcək. Deputatlar Rauf Əliyev və Mixail Zabelin Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Musa Quliyev və Nizami Cəfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Kamran Bayramov və Mahir Abbaszadə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcəklər.
Milli Məclisin üzvləri bir sıra seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər. Səfər oktyabrın 7-də başa çatacaq.
Könül Cəfərli
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"