Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Milli Məclisin mətbuata açıqlaması
Bir müddət əvvəl Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin (AP) fransalı vitse-prezidenti Silvi Qiyomun martın 6-da özünü qondarma “Dağlıq Qarabağ respublikasının spikeri” adlandıran Aşot Qulyanla görüşməsi ilə bağlı AP-nin sədri Antonio Tayaniyə etiraz məktubu ünvanlamışdı. Avropa Parlamentinin sədri Antonio Tayani Milli Məclisin sədri Oqtay Əsədova cavab məktubu ünvanlayıb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, məktubda keçirilmiş görüşün xanım Qiyomun fərdi mandatı çərçivəsində baş tutduğu ifadə edilib, fransalı deputatın bu görüşü AP-nin vitse-prezidenti kimi deyil, müstəqil bir deputat olaraq, şəxsi formatda keçirdiyi və bunun AP-nin rəsmi fəaliyyətinə heç bir aidiyyətinin olmadığı vurğulanıb. Cavab məktubunda deyilir: “... xanım Qiyom bu görüşü parlamentin sıravi bir üzvü kimi, fərdi zəmində keçirib və həmin görüşlə bağlı Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyinə zidd olan hər hansı bir açıqlama ilə çıxış etməyib”.
Avropa Parlamenti sədrinin məktubu separatçı rejim nümayəndələrinin şəxsi zəmində keçirdikləri qeyri-rəsmi görüşü az qala qondarma rejimin AP-də rəsmi səviyyələrdə qəbul olunması kimi təqdim etmək cəhdlərini bir daha ifşa edir. Beləliklə, saxta “spiker”in mətbuatda yayımladığı saxta məlumatlar Avropa Parlamentinin sədri səviyyəsində rəsmən təkzib olundu.
Avropa Parlamentinin sədri öz məktubunda, həmçinin Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 400 nəfərin azadlığa çıxması haqqında əfv Sərəncamı imzalanmasını alqışladığını qeyd edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
- Qərbi azərbaycanlıların yurdlarına qayıtmaq istəyi Ermənistan rəhbərliyini qorxutmamalıdır
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB