Sentyabrın 29-da keçiriləcək növbəti mitinq üçün dünən BŞİH-nə müraciət etmişik.Yəqin ki iki gün ərzində bizə cavab verəcəklər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev bildirib.
Asəf Quliyev bildirib ki, “təklif etdiyimiz ərazi yenə İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionudur. Mitinq saatı 16:00-dan 18:00- a qədərdir”.