Milli Şuranın üzvü olan qurumların rəhbərləri - İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Əvəz Temirxan və Eldar Namazovun bu gün keçirdiyi qapalı toplantıda ehtiyat vahid namizədin müəyyənləşdirilməsi mümkün olmayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Milli Şuranın üzvü Eldəniz Quliyev məlumat verib.
E.Quliyev deyib ki, toplantıda Cəmil Həsənli, Mehman Əliyev və Eldar Namazovun vahid namizədliyi ilə bağlı təkliflər irəli sürülüb. Lakin müzakirələrin gedişində təklif olunan şəxslərlə bağlı yekun qərar əldə olunmayıb:
“Buna görə də qərara gəliblər ki, daha 5 gün gözləsinlər və bu müddətdə müzakirələr davam etdirilsin. Yəqin ki, yekun qərar Milli Şuranın növbəti iclasında veriləcək”