Misir məhkəməsi üzərindən bəzi ittihamlar götürülən keçmiş prezident Hüsnü Mübarəkin azad olunması haqda qərar qəbul edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə H.Mübarəki həbsdə saxlamaq üçün ciddi əsaslar görməyib.
Onun günün sonuna qədər azadlığa buraxılacağı bildirilir. Sabiq dövlət başçısının vəkili isə H. Mübərəkin avqustun 22-də həbsxanadan çıxa biləcəyini deyib.
Xatırladaq ki, H.Mübarək 2011-ci il fevralın 11-də 18 günlük çoxsaylı etiraz aksiyalarından sonra istefa verib.
O, iki ildən çoxdur həbsdədir.
2012-ci il iyunun 2-də məhkəmə onu nümayişçilərin ölümündə günahkar bilərək ömürlük həbsə məhkum etsə də, bu hökm sonradan ali instansiya tərəfindən ləğv edilib.
H.Mübarək və oğulları haqda korrupsiya ittihamları da var.