Milli Şuranın növbədənkənar sessiyası başa çatib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Şuranın növbədənkənar sessiyasında bir nəfər əleyhinə, bir nəfər bitərəf olmaqla 73 səslə Cəmil Həsənli əlavə vahid namizəd seçilib.
Qeyd edək ki, Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun məktubu elan olunub. O Cəmil Həsənlinin namizədliyini dəstəkləməyə çağırıb.