Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda ikinci milli rabitə peykinin buraxılmasına hazırlıqların başlayacağını bəyan edib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə cümə günü Bakıda rabitə naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, ikinci peyk üzrə sənədlər artıq hazırlanıb.
“Bu, yaxın vaxtlarda onun istehsalı və buraxılmasına dair tender elan etməyə imkan verəcək”, - deyə, Ə.Abbasov qeyd edib.
Peyki 2015-2016-cı illərdə kosmosa buraxmaq planlaşdırılır.
Xatırladaq ki, Azerspace-1 adlı ilk milli peyk 8 fevral 2013-cü ildə buraxılıb.
Milli peykin operatoru Azercosmos ASC-dir.
www.oxu.az