ATƏT-in Minsk qrupunun həmsədrləri Berlində Almaniyanın Xarici işlər naziri Frank-Volter Staynmeyer ilə görüşüblər.
Tərəflər Qarabağ münaqişəsinin dinc yol ilə tənzimlənməsini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, amerikalı həmsədr Ceyms Uorlik İnstagramda bu barədə belə yazıb yazıb:
“Almaniyanın Xarici işlər naziri Staynmeyer ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüşə şad idim”.