Misir Türkiyəni qondarma erməni soyqırımını tanıyacağı ilə təhdid edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Misirin müvəqqəti hökumətinin prezidenti Ədli Mənsur ölkə səlahiyyətlilərinin qondarma erməni soyqırımını tanıyan beynəlxalq müqaviləni imzalayacaqlarını bəyan edib.
Mənsur açıqlamasında bildirib:
“BMT-dəki nümayəndələrimiz türk ordusu tərəfindən həyata keçirilən və 1 milyon insanın ölümünə səbəb olan erməni soyqırımının həqiqiliyini qəbul edən beynəlxalq müqavilə imzalayacaq”.
Qeyd edək ki, Misir hökuməti iki gün əvvəl ölkədəki qətliyamla bağlı kəskin açıqlamalar verən Türkiyəni ölkənin daxili işlərinə qarışmaqda günahlandıraraq, “sərhədi aşmaqda” ittiham etmişdi.