Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mixail Qaluzin Azərbaycanın səfiri ilə müttəfiqlik bəyannaməsinin həyata keçirilməsini müzakirə etdi
Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin və Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu Moskvada görüşüblər.
Bu barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Smolenskaya meydançasındakı görüş Azərbaycan-Rusiya dialoqu üçün xarakterik olan dostluq və konstruktiv atmosferdə keçib.
"Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub", - deyə nazirlikdən bildirilib.
Mənbə: TASS
"Mixail Qaluzin" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına münasibət bildirdi
- "Rossotrudniçestvo"nun əsl mahiyyəti - "Rus evlər"i casus şəbəkəsi rolunda
- Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər
- Rusiya XİN başçısının müavini: "Azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük"
- Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir
Ən çox oxunanlar