Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mixal Kaminski: "Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir"
"XII Bakı Qlobal Forumu bizə Azərbaycanın yalnız regionda çox mühüm ölkə kimi deyil, bütün Avropada artan əhəmiyyətini və forum fonunda həm də əsas beynəlxalq platformalardan biri kimi çox mühüm rol oynadığını göstərir".
Bunu Oxu.Az-a açıqlamasında Polşa Senatının sədr müavini Mixal Kaminski deyib.
O bildirib ki, Qlobal Bakı Forumu sivilizasiyamızın gələcəyini mühüm oyunçuların müzakirə edə biləcəyi ən böyük platformalardan biridir:
"Bu gün biz Azərbaycan prezidentindən eşitdik ki, 12 Avropa ölkəsi Azərbaycandan enerji baxımından çox ciddi dəstək alır. Bu, bizə onu göstərir ki, əgər bu gün Avropa Şurası Azərbaycanı etibarlı tərəfdaş adlandırırsa, bu, Azərbaycanın son 30 ilinin böyük uğur hekayəsi və dünyanın bir çox başqa ölkələri üçün nümunə olduğunu göstərir. Bu, ölkəni sovet keçmişindən müasir gələcəyə necə çevirmək olduğunu sübut edir".
Mərahim Nəsib