İspaniyanın opera müğənnisi Monserrat Kabalye Azərbaycanda persona non qrata elan edilib.
Azərbaycanın İspaniyadakı səfirliyindən “İnterfaks”a bildiriblər ki, bu qərar ifaçının bu günlərdə işğal olunmuş Dağlıq Qarabağa səfəri ilə əlaqədar qəbul edilib.
“Biz, ispan tərəfinə nota göndərərək, bütün vəziyyəti izah etdik və Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinin ziyarəti ilə bağlı izahat verməsini tələb etdik. Notada göstərilib ki, Kabalye persona non qrata elan edildiyi üçün (arzuolunmaz şəxs), daha heç vaxt Azərbaycanın vizasını ala bilməyəcək” – deyə, ölkəmizin diplomatik nümayəndəliyindən bildiriblər.
Səfirlikdən həmçinin qeyd ediblər ki, müğənninin Dağlıq Qarabağa səfəri planları barədə məlum olan kimi müğənninin menecerləri “Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı ərazilərinə səfərlər qanunsuzdur”. Buna cavab olaraq, Kabalyenin nümayəndələri həmin ərazidə konsert verməyəcəklərinə əmin ediblər.
Qeyd edək ki, Monserrat Kabalye Dağlıq Qarabağa İrəvandan, iyunun 4-də gəlib. Müğənni səfər zamanı tanınmamış respublikanın rəhbərliyi və onun prezidenti Bako Saakyanla görüşüb, həmçinin Şuşada görməli yerləri ziyarət edib, NEWS.am
Müğənni İrəvanda iyunun 9-da çıxış edəcək.
Bir gün əvvəl Kabalyenin Qarabağa səfərini şərh edən Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Elman Abdullayev belə səfərlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh prosesinə zərbə vurduğunu bəyan edib.
www.lenta.ru