Parisdə məşhur ispaniyalı opera müğənnisi Monserrat Kabalyenin “Ermənistan və Arsax: Xristian adacığı” adlı albomunun təqdimatı keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “News.am” saytına verdiyi məlumata görə, tədbirdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, bütün ermənilərin katolikosu II Qaregin, Britaniya Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks, fransalı parlamentarlar, erməni diasporunun üzvləri iştirak edib.