Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Monteneqro prezidenti COP29-un uğurlu təşkili münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Çoxsaylı dünya liderlərini bir araya gətirən COP29 Sammitinin uğurlu təşkili münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm".
Oxu.Az xəbər verir ki, Monteneqro Prezidenti Yakov Milatoviç bu barədə rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
"Bakıda BMT-nin COP29 Sammitində olduğum müddətdə Azərbaycan Prezidenti İlham Əliyev ilə məhsuldar görüşüm oldu. Mən onu iqlim dəyişikliyinin qlobal çağırışı mövzusunda çoxsaylı dünya liderlərini bir araya gətirən Sammitin uğurlu təşkili münasibətilə təbrik etdim. Monteneqro və Azərbaycan dost ölkələrdir. Xüsusilə enerji, iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üçün böyük potensial var. Monteneqro ilə Azərbaycan arasında möhkəm münasibətlər gələcək əməkdaşlıq üçün gözəl zəmin yaradır və iki ölkə prezidentlərinin bugünkü görüşü hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaşlıqda dönüş nöqtəsi ola bilər", - deyə Monteneqro Prezidenti qeyd edib.
Tokom boravka na Samitu UN-a #COP29Baku imao sam sadržajan sastanak sa predsjednikom Republike Azerbejdžan Ilhamom Alijevim. @presidentaz
— Jakov Milatovic 🇲🇪🇪🇺 (@JakovMilatovic) November 14, 2024
🇲🇪🤝🇦🇿
Čestitao sam mu uspješnu organizaciju Samita koji je okupio brojne svjetske lidere na temu globalnog izazova klimatskih promjena. 🌍… pic.twitter.com/lFKVNZUtPX
"COP29" teqi üzrə xəbərlər
- Paşinyanın qarma-qarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan
- Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
- SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?