Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MDB XİN başçıları Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək
MDB XİN başçıları Şurasının növbəti iclasının gələn il aprelin 11-də Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə MDB Xarici İşlər Nazirləri Şurasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, qərar Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib.
Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
"Report" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
İclasdan öncə nazirlər birgə foto çəkdiriblər. Daha sonra MDB ölkələri XİN başçılarının mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası başlayıb.
Qeyd edək ki, iclas çərçivəsində Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
Bakı vaxtı ilə saat 14:00-da plenar iclas keçiriləcək, ondan sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və MDB-nin baş katibi Sergey Lebedevin birgə mətbuat konfransı olacaq.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- 2024-cü ilin iqtisadi yekunları, 2025-ci ilə olan ümidlər
- Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb
- Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub
- MDB ölkələrinin baş nazirləri 18 sənəd imzalayıblar
- Əli Əsədov: "MDB liderləri arasındakı etibarlı münasibət əməkdaşlığın inkişafına böyük təkan verir"