Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə zəng edib
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.
Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- "Haber Global": "Türkiyə - Azərbaycan qardaşlığı sarsılmazdır"
- Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
- Diplomatlar və onların ailə üzvlərinin təminatı və kompensasiyaları açıqlandı
- Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?
- Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI