Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər fevralın 26-na kimi davam edəcək.
Səfər çərçivəsində M. Çavuşoğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
O, ADA Universitetində mühazirə ilə çıxış edəcək.
E.Ə.
www.oxu.az