Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MSK onun akkreditasiyasını ləğv etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, müraciəti müşahidə missiyasının rəhbəri ünvanlayıb.
Müraciət müşahidəçilərdən biri – Aygün Akttarın beynəlxalq akkreditasiyasının ləğv olunması ilə bağlıdır.
“MSK qərara alır ki, müraciət təmin edilsin. Qərara alınır ki, Aygün Akttara verilən lövhəcik etibarsız hesab edilsin. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə R.Qasımov qərarı oxuyub.
MSK sədri Məzahir Pənahov isə müraciətin konkret hansı səbəblə bağlı olduğunun açıqlanmasını tələb edib. İclasda iştirak edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri isə deyib ki, səbəbi yalnız missiyanın rəhbəri açıqlaya bilər.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, məsələ aydınlaşdırılmadan Aygün Akttarın akkreditasiyası ləğv edilə bilməz.
Sonda qərara alınıb ki, akkreditasiya ləğv edilsin.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə seçkilər keçirilib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış