"Son bələdiyyə seçkisində 2 868 seçicinin adı əlavə seçici siyahılarına daxil edilib".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinin yekunu ilə bağlı keçirilən iclasda deyib.
O bildirib ki, ən vacib məsələ seçicilərin adlarının siyahılarda təkrar istifadə edilməməsidir:
"Bununla bağlı sistem təkmilləşdirilib. Seçici siyahıları MSK-nın rəsmi saytında yerləşdiriləcək".
Aygün Mirakif