Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

MSK sədrindən XƏBƏRDARLIQ: "Cəzalandıracağıq"
"Seçki məntəqələrində tələbləri pozan şəxsləri cəzalandıracağıq. Bu, istər davranış qaydaları, istərsə də digər məqamlarla bağlı ola bilər".
Oxu.Az xəbər verir ki, bunu bu gün dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.
Sədr bununla bağlı DSK rəhbərlərinə və üzvlərinə müraciət edib.
"İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır", - deyə qeyd edib.
Könül Cəfərli
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Ukrayna MSK rəhbəri: "Prezident seçkisinin vaxtını uzatmaq olmaz"
- Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"