Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MSK sədrinə yeni səlahiyyət verildi - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə dekabrın 4-də Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Dəyişikliyə görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilir:
“9-1. Məcəllənin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
9-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;
9-1.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər”.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının hazırkı sədri Məzahir Pənahovdur.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
- Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
- "Kartdan-karta" üsulu ilə işləyən 400-dən çox sahibkara maliyyə sanksiyası tətbiq edilib
- Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı