Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MSK sədrinin müavini: "1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq"
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə barədə məlumat verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
Sədrin müavini qeyd edib ki, ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək:
"Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq. Veb-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub. 2024-cü il noyabrın 26-da 51 seçki məntəqəsinin hüdudlarında dəyişiklik edilib. Ümumilikdə 89 seçki məntəqəsinin parametrlərində dəyişiklik olub. 62 məntəqənin nömrəsində dəyişiklik edilsə də, bu məntəqələrdə veb-kameralar əvvəldən var. 15 yeni seçki məntəqəsində isə yeni veb-kameraların quraşdırılması qərarına gəlinib".
Məhərrəm Əliyev