Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin sayı məlum olub.
Oxu.Az xəbər verir ki, deputatlığa namizədlərə seçkiqabağı təşviqat üçün cəmi 5113 görüş yeri ayrılıb.
Onlardan 3259-u açıq yerlər, 1854-ü isə qapalı yerlərdir.
Ölkəmizdə sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar parlament seçkisində təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı dərc olunub.