Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar seçici aktivliyi ilə bağlı yekun nəticələri açıqlayıb.
Oxu.Az xəbər verir ki, ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.
Qeyd edək ki, səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.
Aqşin Kərimov