Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müdafiə naziri Pakistana başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir:
"Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
"Zakir Həsənov" teqi üzrə xəbərlər
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul etdi
- İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
- Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ
- Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib