Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasındakı üzvlüyünə xitam verdi.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deyib.
O bildirib ki, yanvarın 6-da Müsavat Divanının iclası keçirilib və partiyanın bu qərarı da həmin yığıncaqda qəbul edilib.
M.Cavadoğlu qərarın səbəbləri haqda şərh vermək istəməyib.
Xatırladaq ki, Müsavat Partiyası Milli Şuranın həmtəsisçilərindən biri olub.