Müsavat Partiyasının mitinqi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiyada hər hansı insident qeydə alınmayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə aksiyada 500-ə qədər Müsavat Partiyası üzvü və tərəfdarı iştirak edib.
15:52
Bu gün Müsavat Partiyası mitinq keçirir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
A.M.