Müsavat Partiyasının iyunun 28-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının açıqlamasında dediyinə görə, artıq partiyanın qurultayı iyunun 28-də keçirilə bilməz.
G.Aslanlı bildirib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar partiya Məclisinin iyunun 28-də keçirilən toplantısında qəbul ediləcək. O, Müsavat Partiyasının qurultayının payıza təxirə salınmasını da istisna etməyib.