Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Muxtar Babayev BMT-nin baş katibi ilə görüşüb
Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin baş katibi Antonio Quterreş arasında Tonqada görüş baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabı paylaşım edilib.
Tərəflər Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışdıqlarını vurğulayıblar.
Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb. Bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb. Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adalarıdır, Tokelau isə assosiativ üzvdür.
Productive meeting today between COP29 President-Designate Mukhtar Babayev and UN Secretary-General @antonioguterres at the @ForumSEC in Tonga. Together, we’re working to amplify the voices of Pacific Islands and build a more resilient, sustainable future ahead of #COP29.… pic.twitter.com/kQDEqDwxp2
— COP29 Azerbaijan (@COP29_AZ) August 26, 2024
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycan və BƏƏ arasında siyasi-iqtisadi dialoq yüksək səviyyədədir
- COP29 könüllüləri üçün pul mükafatı ayrılıb
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Cənubi afrikalı nazirdən AÇIQLAMA: "Bizə ildə 1.3 trilyon dollar verin!"
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?