Rusiya-Türkiyə razılaşmaları ilk növbədə Cənubi Qafqaz regionunda geosiyasi memarlığı ciddi şəkildə dəyişə bilər.
Oxu.Az-ın suallarına Avrasiya İqtisadi İttifaqı İnstitutunun siyasi analitiki, jurnalist Nadana Fridrixson cavab verir.
- Siz Putinin bu yaxınlarda etdiyi Türkiyə səfərini necə qiymətləndirirsiniz? Tərəflərin qaz barədə olan fikirlərinizdən daha çox, Rusiyaya qarşı Qərb sanksiyaları şəraitində iki ölkənin yaxınlaşmasının geosiyasi aspekti barədə fikirləriniz daha maraqlıdır.
- Burada qaz məsələsindən yan keçmək çətin ki, mümkün ola. Belə ki, tərəflərin qaz maraqları və geosiyasi reallıqlar sıx əlaqəlidirlər.
Vladimir Putinin Türkiyəyə səfəri bir çox göstəricilərə görə əlamətdar oldu. Rusiya, Alyansın üzvlərindən biri ilə bu qədər yaxınlaşmaqla, faktiki olaraq Qərbin regional düzülüş planlarına ciddi dəyişikliklər gətirdi.
İlk növbədə, bu, Cənubi qaz dəhlizinin memarlığını dəyişəcək. Bildiyiniz kimi dəhliz Rusiyadan yan keçməli idi. Amma boru kəmərlərinin necə doldurulacağı şübhə altında idi. Azərbaycan, sonradan həcmi 30 milyard kubmetrə çatdırmaq perspektivi ilə 10 milyard kubmetr təklif edirdi. Amma əsas vurğu İrana edilirdi.
Ehtimal edilirdi ki, Cənubi qaz dəhlizini Rusiyaya rəqib həcmdə mavi yanacağı, məhz İran qazı dolduracaq.
Və bu konfiqurasiyada əsas tranzit arteriyası kimi çıxış edən Türkiyə Rusiya ilə yaxınlaşaraq bir qədər qarışıqlıq yaratdı.
Ehtimal var ki, indi Ankara ilə Vaşinqton və Brüssel çoxdan gözlədiyi Aİ-yə üzvlüyündən tutmuş ölkənin yaxın şərq məsələlərinə cəlb edilməsinə qədər sövdələşməyə başlayacaqlar.
Amma əgər Ərdoğan bu addıma gedibsə, deməli hədələrə qarşı dayanmağa hazırdır.
Maraqlıdır ki, indi Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi ilə əlaqədar regionda Ankara-Moskva-Bakı yeni əməkdaşlıq xəttinin formalaşmasını demək olar.
Bu planda Azərbaycan “Şahdəniz” yatağından əsas qaz çatdırıcısı olaraq, yenidən Qərbin diqqət mərkəzində ola bilər. Hətta Brüsselin ehtiyat planını da həyata keçirə biləcəyi, əsasən də AGRİ qaz kəmərinə start verə bilər.
Bütün bu dəyişikliklərə həssas reaksiya verən Bakı-Tbilisi-Ankara əməkdaşlığına cəlb edilmiş Gürcüstan öz xarici siyasət məsələlərini həll edib. Əsasən XİN-in rəhbəri Türkiyəyə səfər edib.
Hər halda Rusiya-Türkiyə razılaşmaları ilk növbədə Cənubi Qafqaz regionunda geosiyasi memarlığı ciddi şəkildə dəyişə bilər.
- Ümumiyyətlə, Rusiya və Türkiyə münasibətləri son illərdə artan istiqamətdə dəyişib. Bununla yanaşı bu gün Rusiya həmin sanksiyalar şəraitində hətta şəxsi maraqlarına zərər gətirsə belə “kiminlə oldu” əməkdaşlığı inkişaf etdirir. Siz bu fikri necə şərh edərdiniz?
- Əlbəttə ki, sanksiyalar şəraitində Rusiyaya asan deyil. İqtisadiyyat zəifləyir. Əhalinin həyat səviyyəsi gözəçarpacaq dərəcədə azalır: qiymətlərin artması, maaşın azalması və s.
İlkin qərar idxal əvəzləmə prosesini işə salmaq idi. Bu, Moskvaya Azərbaycan ilə münasibətlərin yeni səviyyəyə çıxması imkanını verdi.
Moskvanın kimi gəldi müttəfiq götürdüyün demək yəqin ki, həqiqətdən uzaq olardı.
Dediyim kimi Türkiyə ilə yaxınlaşma Rusiyanın əlinə çox fürsət verir və nəticədə Moskva Cənubi Qafqazda mövqelərini möhkəmləndirə bilər.
Hindistan ilə də əməkdaşlığın gücləndirilməsi gözlənilir, bu isə Qərbdə və Ərəb Körfəzi ölkələrində ciddi reaksiyaya səbəb olacaq.
Necə deyərlər, ağır zamanlar radikal qərarlar tələb edir. Bu gün Rusiya bu prinsiplə yaşayır. Hansısa addımlar radikal görünə bilər, məsələn, Lavrovun Belarus və Qazaxıstana Rusiyanın Qərbə qarşı sanksiyalarına qoşulma təklifi. Amma düşünürəm ki, bu, ümumi strategiyanın bir hissəsidir.
- Yeri gəlmişkən, Siz regional əməkdaşlığın yeni formatının yaranma imkanını qeyd etdiniz. Bu mövzunu inkişaf etdirmək istərdim. Regionda artıq iki siyasi-iqtisadi formatda üçtərəfli: Azərbaycan-Türkiyə-Gürcüstan (bu günlərdə Qarsda XİN rəhbərlərinin görüşü olub) və Azərbaycan-Türkiyə-İran əməkdaşlığı formalaşıb. Azərbaycan-Rusiya-Türkiyə üçbucağının yaranma perspektivlərini necə təsəvvür edirsiniz?
- Yuxarıda dediyim kimi, bu, “amma”sı olan əməkdaşlıq xətti həddən artıq perspektivdir.
Birincisi, Qərb tərəfdən Türkiyə və Azərbaycana təzyiq. Bu kontekstdə ABŞ-ın İranın onunla bərabər İŞİD-ə qarşı mübarizədə bərabər olmasını deklarasiya etməsi maraqlıdır, o bununla Moskvanın Tehranla mövqelərini yaxınlaşdırmasına baxmayaraq, İran Qərbin komandasında oynayır.
Amma İranı qiymətləndirmək lazımdır. Tehran birmənalı seçim etməyəcək, ona görə də Moskva ilə münasibətlər kəsilməyəcək.
Bununla əlaqədar Türkiyə-Azərbaycan-Rusiya əməkdaşlıq xətti, İranın hesabına genişlənə bilər. Xüsusilə də Moskvanın Hindistanda iştirakını qeyd etmə cəhdlərində nəzərə çarpacaq.
Əlbəttə, bu qərb ölkələrini qətiyyətli addımlara sövq edə bilər. İrana qarşı münasibətdə təzyiq vasitəsi aydındır – sanksiyalar və İŞİD-dən hədələr. Türkiyə də mübarizəyə cəlb edilə bilər.
Azərbaycana gəldikdə təəssüf ki, ABŞ-ın Bakıya təzyiq üçün bir neçə mexanizmi var, onlardan ən başlıcası Dağlıq Qarabağ münaqişəsidir. Artıq bu gün biz təxribatı – Vaşinqtonda Qarabağ nümayəndələri ilə görüşü Bakı tərəfindən ciddi narazıçılığa səbəb oldu.
Çağırış çoxdur. Rusiya, Türkiyə, Azərbaycanın da bu hədələrə qarşı strategiya hazırlaması lazımdır.
- Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində şübhəsiz ki, “baş skripkadır”. Bu, münaqişənin həlli, regionda sərhədlərin açılmasında və tammiqyaslı əməkdaşlığın bərpasında maraqlı olan Türkiyənin ilkin maraqlarına daxildir. Ankara və Moskva arasında əməkdaşlığın fəallaşdırılması Cənubi Qafqazda təhlükəsizlik probleminin həllində necə rol oynaya bilər? İlk növbədə mən əlbəttə ki, Qarabağ münaqişəsini nəzərdə tuturam.
- Ankaranın mövqeyi aydındır. Moskva isə münaqişə ölkələri arasında tarazlıq saxlamağa çalışır. Ankaranın cəlb edilməsi bu kövrək tikiliyə xələl gətirə bilər.
Amma ümumilikdə regional təhlükəsizlik barədə danışdıqda, dediyim kimi həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan hədələrə qarşı müştərək strategiya hazırlamalıdırlar.