Avropada Ədalət və Sülh uğrunda Təşkilatın (AƏST) sədri, Azərbaycan diasporunun üzvü, iş adamı Nasir Mahmudov dünya iсtimaiyyətini beynəlxalq terrorizmə qarşı mübarizədə birləşməyə çağırıb.
“Sivil dünya beynəlxalq terrorizm təhlükəsinə qarşı aparılan mübarizədə birləşməlidir”, - Mahmudov AƏST-nin plenar iclasında Türkiyədə hərbi çevriliş cəhdini şərh edərkən bildirib.
“Terrorçular günahsız insanlara namərdlik edərək zərbə vurdular”, - Mahmudov qeyd edib.
“Türkiyədə çevriliş cəhdi regionda sabitliyin pozulması üçün təhlükədir. Türk ordusu NATO-da sayca ikincidir. Türkiyə Avropa İttifaqı üçün əsas tərəfdaşlardandır. Aİ ölkənin demokratik seçilmiş hökumətini, institutlarını və hüquqi normalarını dəstəkləyir”, - AƏST-nın sədri bəyan edib.
“Türkiyədə baş verən hadisələr bizi ciddi şəkildə narahat etdi və sarsıtdı. Bu, bir qrup insan türk xalqı tərəfindən demokratik yolla seçilmiş hökumətin çevrilməsinə cəhd idi”, - Mahmudov qeyd edib.
AƏST türk xalqının və dövlətinin yanındadır. “Əminəm ki, vəziyyət tezliklə normallaşacaq və sabitləşəcək”, - o qeyd edib.
“Biz müharibə vəziyyətindəyik. Təhdid qarşısında bütün qüvvələr səfərbər edilməlidir. Bu hadisələr Aİ tərəfindən təklif edilmiş, terrorizm ilə mübarizənin Avropa və beynəlxalq səviyyədə koordinasiyasının gücləndirilməsinə dair tədbirlərin tez bir zamanda həyata keçirilməsinin vacibliyini və labüdlüyünü göstərir.
Mən, həmçinin Şengen zonası daxilində də nəzarətin gücləndirilməsinin vacib olduğunu düşünürəm”, - Nasir Mahmudov “Facebook” səhifəsində yazıb.