Fransa Senatının deputatı Natali Qule ilə müsahibəni təqdim edirik:
- Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişafının mürəkkəb dövrünü yaşayır. Bu əməkdaşlığı necə qiymətləndirirsiz?
- Azərbaycan və Fransa arasında münasibət həqiqətən dinamik inkişaf edir. Prezident Olland il ərzində iki dəfə Azərbaycana səfər edib, bu isə özlüyündə gözəl göstəricidir.
- Fransa prezidentinin Dağlıq Qarabağ üzrə danışıqlarda şəxsən iştirak etməsi çox yaxşı haldır, keçən il Parisdə baş tutan prezidentlər Əliyev, Olland və Sarkisyanın görüşü tərəflərin etirafına görə məhsuldar olub.
- Bəli, və Fransanın bu iştirakı təbiidir, çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir, və prosesə cəlb edilməlidir.
- Amma daha öncə həmsədr ölkə liderləri arasında Rusiya prezidentləri şəxsi fəallıqla seçilirdilər. Fransız liderinin fəallığı ölkənizdə münaqişənin həllində motivasiyanın artmasını göstərirmi?
- Mənim fikrimcə prezident Olland məsələnin məğzini və bütün bu “dondurulmuş” münaqişələrin tənzimlənməsinin uzadılmasının bir çox problemlər doğurması faktını anlayıb. Və mənə elə gəlir ki, o, bu vəziyyəti çox gözəl başa düşür. ABŞ administrasiyası isə prosesə cəlb edilməyib. Mənə elə gəlir ki, Fransa prezidenti düzgün istiqamətdə hərəkət edir.
- Dağlıq Qarabağda separatçı rejimin bu ayın əvvəlində keçirdiyi “seçkilərə” Fransanın mövqeyi necədir?
- O, çox dəqiqdir. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq, bu regionda qondarma seçkiləri də tanımırıq. Və unutmaq lazım deyil ki, Ermənistan özü də “DQR”nı tanımır. Belə ki, bu, kabus ölkədir. Başqa heç nə.
- Bu günlərdə Riqada “Şərq tərəfdaşlığı” Avropa proqramının iştirakçı ölkələrinin sammiti keçirilib, fəal iştirakçılardan biri də Azərbaycandır. Digər ölkələrdən fərqli olaraq respublika Aİ-da üzvlük məsələsini qoymur, Avropa ölkələri ilə ikitərəfli səviyyədə münasibətlər qurmağa üstünlük verir və bununla yanaşı, Rusiya ilə münasibətləri əvvəlki tempdə saxlayır. Bu mövqeni necə şərh edərdiniz? Bu, Avropada anlayışla qarşılanırmı?
- Hər şeydən öncə qeyd etmək istərdim ki, Avropa İttifaqında və “Şərq tərəfdaşlığı”nda hər şey o qədər də asan deyil. Səbəblər isə sadədir. Bizim, Avropanın Rusiya kimi qonşusu yoxdur. Rusiyanı daha yaxşı başa düşmək istəyən onunla qonşu olmalıdır. Başqa sözlərlə desəm, hər zaman, Rusiyanı incitmədən, amma öz yolunla gedərək tarazlığı qorumaq lazımdır. Prezident Olland bunu yaxşı başa düşüb.
Biz bilirik ki, Rusiyaya dair çox spesifik vəziyyətdəsiniz. Heç kəs sizi sıxışdıra bilməz, Azərbaycan Avropanın və Birləşmiş Ştatların tam müəyyən edilmiş müttəfiqidir.
L.H.
www.oxu.az