Şirvanda bəzi binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə start verilib.
Oxu.Az xəbər verir ki, şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş poliuretan üzlüklərin sökülməsi prosesi ölkə prezidentinin müvafiq göstərişinə əsasən, poliuretanla üzlənmiş 3 beşmərtəbəli və 6 üçmərtəbəli binanın sökülməsinə qərar verilib.
Xatırladaq ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
E.Ə.
www.oxu.az