Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"NATO-Gürcüstan Təlimləri 2025" başladı: Azərbaycan da iştirak edir
Gürcüstanda "NATO-Gürcüstan Təlimləri 2025" adlı hərbi təlimlərə start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bu, hər üç ildən bir keçirilən NATO-Gürcüstan təlimlərinin sayca dördüncüsüdür.
Bildirilir ki, "NATO-Gürcüstan Təlimləri 2025" NATO-nun Avropada Ali Baş Komandanlığı (SHAPE) və Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahı tərəfindən planlaşdırılıb. Tədbir NATO tərəfindən hazırlanmış ssenari, müvafiq prosedur və doktrinalara uyğun olaraq həyata keçirilir.
Çoxmillətli təlimlərdə NATO-nun 17 üzv və tərəfdaş ölkəsi iştirak edir ki, onların arasında Azərbaycan da var.
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
- NATO-nun baş katibi Rusiyaya görə həyəcan təbili çalır
- Hakan Fidan: "NATO XİN rəhbərləri müdafiə xərcləri ilə yanaşı, Ukraynanı da müzakirə edəcəklər"
- NATO aviasiyası və Estoniya HDQ Rusiyaya gedən gəmini ələ keçirməyə cəhd ediblər
- NATO-dan Yusuf Dikeç paylaşımı