Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvanda yüksəkvəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Əli Əsədovdan Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR
- Azərbaycanda 85 yaşlı molla əxlaqsızlığa görə HƏBS EDİLDİ
- Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ
- Hesablama Palatası: "İşsizlikdən Sığorta Fondu bəzi xərcləri hesabatdan kənarda saxlayıb"
- Ceyhun Bayramov: "Ermənistan maneəsiz keçidlə bağlı öhdəlik götürüb və bu, yerinə yetirilməlidir"