Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nazarbayev, Atambayev və Gül Azərbaycana gəlirlər
Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib.
O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb.
Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül və Almazbek Atambayev də sammitdə iştirak edəcəklər.
A.Gülün Azərbaycana avqustun 14-də, A.Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.
Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan.
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ
- Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür
- "Hraparak": "Azərbaycan Ermənistandan işğal etdiyi daha dörd kəndini tələb edir"
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib