Avro Liqanın qrup mərhələsinə qatılmaq üçün play – off səddini keçməli olan “”Qarabağ” avqustun 22-də Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri avqustun 19-dan etibarən satışa çıxarılacaq.
“Qarabağ”ın mətbuat xidməti verdiyi məlumata əsasən, “Qarabağ” “Ayntraxt” oyununu üçün ən ucuz biletin qiyməti 1 manatdan başlayacaq.
Ən bahalı biletin qiyməti isə 50 manat civarında olacağı gözlənilir.