Azərbaycanın Lənkəran rayonunda iki intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, rayonun Günəhir kənd sakini, 1991-ci il təvəllüdlü Günəş Cavad qızı Qulamova kəndin yaxınlığındakı meşə massivində ağacdan özünü asaraq intihar edib.
G.Qulamova bir gün sonra həmkəndlisinin evinə gəlin köçəcəkmiş.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.