Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, səfərdə məqsəd Qəbələ şəhərində keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) üçüncü sammitində iştirak etməkdir.
Prezident sammit çərçivəsində bir sıra rəsmi görüşlər də keçirəcək.
Xatırladaq ki, avqustun 15-də xarici işlər nazirlərinin iclası keçirilib. Bu gün isə Türkdilli dövlətlərin rəhbərlərinin sammiti baş tutacaq.
TÖƏŞ 2009-cu ildə yaradılıb, quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.