Masallı rayonunda gənc qız özünü öldürüb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, ötən gecə Qodman kəndində 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb.
Onun sevmədiyi oğlana verildiyi üçün özünə qəsd etdiyi bildirilir.
R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar.
Masallı Rayon Prokurorluğundan bildirildi ki, orta məktəbi bu il bitirən R.Hüseynovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələlik bilinmir.
Onun əsəb problemi olub və müalicə olunurmuş.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.