“Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycan Dövlət Himninin orada ikinci dəfə oxunmasının qarşısını almaq üçün belə bir təxribat törətdi”.
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nazilə İsmayılova (49 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, əslində, aprelin 14-də İrəvanı tərk etmək qərarına gəldiklərini bildirib: “Baş verənlər bizdən necə qorxduqlarının və barbar xalq olduqlarının daha bir sübutu idi. Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Təhlükəsizliyimiz də təmin olunmamışdı. Axşam saatlarında hoteli tərk etmək istəyəndə dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik, buradan çıxmayın. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın köməyi sayəsində federasiyamızın nümayəndələri bizi Vətənə sağ-salamat qaytardılar”.
Xatırladaq ki, 2009-cu ildə Elmar Qasımov gənc cüdoçular arasında keçirilən Avropa çempionatında qalib olaraq Ermənistanın paytaxtı İrəvanda Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.
Nazilə İsmayılova: “Baş verənlər ermənilərin bizdən necə qorxduqlarının sübutu idi” - VİDEO
Faiq Tahirov