"2025-ci il Azərbaycan-İran münasibətlərində önəmli il olub".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü görüşdə iki ölkə arasında iqtisadi, siyasi, enerji, nəqliyyat-kommunikasiya, regional və qlobal məsələlər müzakirə olunub:
"2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 650 milyon dollar civarında olub. Bu ilin 10 ayında isə ticarət dövriyyəsi 520 milyon dollar civarındadır".
Mərahim Nəsib