Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir mədəniyyət naminə sülh üçün şərtləri açıqladı
“Biz indi sülh və mədəniyyətin bir-biri ilə necə əlaqəli olması üzərində düşünməliyik”.
Oxu.Az xəbər verir ki, bunu “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycana dayanıqlı sülh lazımdır.
“Biz düşünməliyik ki, sülh üçün nələr lazımdır? Biz mədəniyyət naminə sülhün təmini üçün edilən təşəbbüsləri təşviq etməliyik”, - deyə Anar Kərimov əlavə edib.
Onun sözlərinə əsasən, postmünaqişə dövründə mədəniyyətlə sülhün harmoniyası aktuallıq qazanır.
Anar Kərimov bildirib ki, mədəniyyət üçün sülh humanitar missiyaların tərkib hissəsidir.
“Postmüharibə dövründə regionda kommunikasiyaların açılması gündəmə gəlib. Azərbaycanla Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiyası üçün danışıqlar aparılır. Mədəniyyət uğrunda sülh isə humanitar missiyalara daxildir”, - deyə Anar Kərimov söyləyib.
Nazir təklif edib ki, mədəniyyət naminə sülh üçün tədqiqat işləri və filmlərin çəkilməsi təşviq edilməlidir.
“Mədəniyyət sülhün bərqərar olması üçün vacib komponentdir”, - deyə nazir bildirib.
Aqşin Kərimov
"Ermənistan" teqi üzrə xəbərlər
- Mirzoyan: "Ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olunmur"
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüş tarixi MƏLUM OLDU
- İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək
- Briqada generalı Yücel Karauz: "Ermənistan ağlını başına yığmalıdır"