Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir: Münaqişənin həlli Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq.
Oxu.Az xəbər verir ki, bunu “İnterfaks”a müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Münaqişənin nizamlanmasında irəliləyiş bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaqla, ilk növbədə Ermənistanın özündə iqtisadi artım üçün imkanlar açacaq”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında Düşənbə və Sankt-Peterburqda aparılmış söhbətlər, habelə iki ölkənin xarici işlər nazirlərinin görüşləri danışıqlar prosesinin irəliləməsi baxımından müəyyən nikbinliyə əsas verir.
“Danışıqların formatı dəyişməz olaraq qalır”, - deyə Məmmədyarov bildirib.