"Bu ilin sonuna Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi gəlirlərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 12.9% olması gözlənilir".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Bu göstəricinin növbəti ildə 13.1% olmasını proqnozlaşdırırıq. Beləliklə gələn il qeyri-neft-qaz sektorunda hər hansı ciddi vergi artımı yoxdur. Ümumi iqtisadiyyatımızda vergi gəlirlərinin ÜDM-dəki payı isə 15.9%-dir. Bu o deməkdir ki, neft-qaz sektorunda yüksək, qeyri-neft-qaz sektorunda isə aşağı vergi rejimi var", - deyə o qeyd edib.
Məhərrəm Əliyev