Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarov və Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Görüş yerli vaxtla 19.00-da baş tutacaq.
Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.
12:07
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.
Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, hər iki ölkənin xarici işləri nazirləsi sonuncu dəfə bu il aprelin 28-də görüşüblər.
Moskvada keçirilən görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutub.
E.Ə.
www.oxu.az