Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlik: “Prezident İlham Əliyevin türkiyəli atletlərlə bağlı tapşırığının icrasına dərhal başlanılıb”
Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında medal qazanmış Türkiyə ağırlıqqaldıranları Cansu Bektaş və Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırığının icrasına dərhal başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, xanım atletlərə dəvət göndərilib və hazırda onların Azərbaycana səfərləri ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Cansu Bektaş İrəvanda qızıl medal qazanaraq Türkiyə himnini səsləndirib. Qamze Altun isə ikinci yeri tutub. Hər iki atlet qələbələrini Azərbaycana həsr ediblər.
Xatırladaq ki, yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli komanda yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb