Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Novak: "Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi nəzərdən keçirilir"
"Azərbaycan, İran və Rusiyanın elektrik enerji sistemlərinin inteqrasiyası gündəmdədir və layihənin texniki-iqtisadi əsaslandırılmasına baxılır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya enerji həftəsində ölkənin baş nazirinin müavini Aleksandr Novak deyib.
"Burada üçtərəfli layihə var, ona baxılır. Bu, bizim danışıqların və əlaqələrimizin gündəmindədir və hazırda Energetika Nazirliyimiz bununla məşğuldur" , - deyə baş nazirin müavini əlavə edib.
Eyni zamanda, o vurğulayıb ki, söhbət Rusiyanın cənubunda enerji kəsirinin ödənilməsi deyil, lazım gəldikdə elektrik enerjisinin qarşılıqlı mübadiləsindən gedir.
"elektrik enerjisi" teqi üzrə xəbərlər
- Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər
- Güclü külək Göyçayda fəsadlar törədib: Elektrik enerjisinin verilişi dayandırılıb
- Milli Məclis "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
- "Şagirdlər soyuq siniflərdə oturublar" - Sulutəpədə məktəbin işığı niyə kəsilib?
- Yeni dövlət rüsumları müəyyənləşir: Aşağı hədd 50 manatdan başlayır