Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb.
“Report” xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.
Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
"MSK" teqi üzrə xəbərlər
- Bu həftə bələdiyyə seçkisi ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"